...

Daxili İşlər Nazirliyi sistemində bir sıra yeni təyinatlar olub

Siyasət Materials 22 Dekabr 2007 15:21 (UTC +04:00)
Daxili İşlər Nazirliyi sistemində bir sıra yeni təyinatlar olub

Azərbaycan, Bakı Trend müxbir İ.Əlizadə/Azərbaycanın şimal bölgəsində yerləşən Xaçmaz rayon polis şöbəsinin rəisi Cavad Şıxəliyev Daxili İşlər Nazirliyinin (DİN) insan alverinə qarşı mübarizə idarəsinin rəisi təyin olunub. Bu barədə şənbə günü DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bu barədə, daxili işlər naziri Ramil Usubov əmr imzalayıb. Nazirin digər əmri ilə Nərimanov rayon polis idarəsinin rəisi Elxan Həsənov Bakı şəhər baş polis idarəsinin rəis müavini təyin olunub. Ondan əvvəl bu vəzifədə çalışan Şahmar Paşayev isə sərəncama götürülüb.

Bundan başqa, Goranboy rayon polis şöbəsinin rəisi Ağalar Məhərrəmov Bərdə rayon polis şöbəsinə rəis təyin olunub. Bərdə rayon polis şöbəsinin rəisi isə sərəncama göndərilib. Nazir həmçinin, Gəncə şəhər Kəpəz rayon polis şöbəsinin rəisi Sahib İsmayılovun DİN-in idman cəmiyyətinin sədri təyin olunmasi barədə əmr imzalayıb.

Xəbər lenti

Xəbər lenti