...

Yaxın Şərqdəki Azərbaycanlıların Konqresi İsraildə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə hazırlıq görür

Siyasət Materials 23 Dekabr 2007 23:12 (UTC +04:00)
Yaxın Şərqdəki Azərbaycanlıların Konqresi İsraildə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə hazırlıq görür

İsrail, Qüds / Trend müxbir R.Abdullayev/ Yaxın Şərqdəki Azərbaycanlıların Konqresi İsraildə Dünya Azərbaycanlıların Həmrəylik Gününün qeyd olunması üçün lazımi hazırlıq görür. Bunu Trend ə açıqlamasında Konqresin prezidenti Aleks Şapiro-Suliman deyib. O bildirib ki, Yaxın Şərqdəki Azərbaycanlıların Konqresin idarə heyəti Azərbaycanlıların Həmrəylik Gününü dekabrın 29-da Xolon şəhərində (İsrailin mərkəzi) keçirməyi qərara alıb.

"Hər bir azərbaycanlı üçün əziz olan bu tarixi gün milli dərketmənin və azadlın mübarizəsinin möhkəmləndirilməsinin nəticəsi oldu. Tərəqqi və milli birliyin təzahürü olan bu gün həmvətənlərimizi Vətən haqda düşünməyə çağırır"- deyə Şapiro-Suliman vurğulayıb.

Konqres prezidentinin fikrincə, tarixin məsuliyyətli və şanlı mərhələsini yaşayan dünya azərbaycanlıları bu gün vahid milləti, vahid xalqı və vahid tarixi Vətəni təmsil edirlər. "Dünyanın bütün ölkələrindəki azərbaycanlılar Azərbaycan mədəniyyətinin, dilinin, adət-ənənələrinin, mentalitetin layiqli təmsilçiləri kimi çıxış etməlidirlər. Ona görə də sağlam milli adət-ənənələrinin, mədəni-mənəvi dəyərlərin qorunması və müdafiəsi, onların gənc nəslə ötürülməsi yaşadıqları yerdən asılı olmayaraq dünya azərbaycanlılarının müqəddəs borcudur"-deyə Şapiro-Suliman bildirib.

O qeyd edib ki, XX əsrin dramatik hadisələri və münaqişələri nəticəsində müasir Azərbaycanda yaşayan azərbaycanlılardan çox kənarda yaşayan azərbaycanlılar var. Şübhəsiz ki, bu, vətənin diaspora ilə bütün münasibətlər kompleksində xüsusi iz buraxır. Şapiro-Suliman bildirib ki, mədəni, tarixi və qan birliyi yaşlı və gənc nəsilləri birləşdirir. Fərq yalnız ondadır ki, xalqın ərazi baxımdan bütün dünyaya səpələnməsi mədəniyyət, dil, tarixi adətlər və nəsil kimi faktorların əhəmiyyətini artırır.

"Məhz Dünya Azərbaycanlıların Həmrəylik Günündə biz hamımız İsraildəki real Azərbaycan diasporası kimi Azərbaycan adlı vahid ocağımız ətrafında birləşəcəyik"- deyən Şapiro-Sulimanın fikrincə, Azərbaycan diasporası Azərbaycan dövlətinin İsraildəki maraqlarının müdafiəsində və irəliləməsində önəmli rol oynayır. "Hesab edirik ki, diasporamız müəyyən mənada mayak rolunda çıxış edir. Bu mayakın siqnallarından Azərbaycanın xarici siyasətinin uğuru asılıdır. Güclü və nüfuzlu Konqres bizə əsl diaspor təşkilatı kimi görünür, hansı ki iri iqtisadi və humanitar layihələr vasitəsi ilə İsraillə Azərbaycan arasındakı əməkdaşlığın maraqlarını müdafiə edəcək. Bütün bu işi biz əsrlər boyu dostluq və əməkdaşlıq telləri ilə bir-birinə bağlı olan Azərbaycan və yahudi xalqları naminə etməliyik" - deyə Şapiro-Suliman vurğulayıb.

Yaxın Şərqdəki Azərbaycanlıların Konqresinin təşkil etdiyi tədbirdə Azərbaycan diasporasının nümayəndələri ilə yanaşı İsrailin siyasi və işgüzar elitasının təmsilçiləri, İsrail parlamentinin üzvləri, habelə İsraildə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti