...

Azərbaycan prezidentinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Siyasət Materials 24 Dekabr 2007 13:26 (UTC +04:00)
Azərbaycan prezidentinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan, Bakı / Trend , müxbir C.Babayeva/ Bakıda Azərbaycan prezidenti İlham Əliyevə həsr olunmuş kitabın təqdimatı keçirilib. Görkəmli insanların həyatı silsiləsindən "İlham Əliyev" kitabının azərbaycanlı müəllifi Hüseynbala Mirələmov, rusiyalı müəllifi isə Viktor Andrianovdur. Kitab Əliyevin uşaqlıq, gənclik, tələbəlik illərini əhatə edən bioqrafik bir əsərdir.

Dekabrın 24-də Azərbaycan prezidenti Əliyevin 46 yaşı tamam olur. İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.1967-1977-ci illərdə Bakı şəhərində orta məktəbdə oxuyub. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) daxil olub. MDBƏİ-ni bitirdikdən sonra 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək, tarix elmləri namizədi dərəcəsi alıb. 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləyib. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. "Heydər Əliyevin neft strategiyası"nın həyata keçirilməsində fəal iştirak edib. Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur. İki dəfə, 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə seçilib. 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam verib. Həmin ildən Azərbaycan prezidentidir.

Mərasimi giriş sözü ilə açan hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, icra katibi Əli Əhmədov bildirib ki, "İlham Əliyev" kitabı azərbaycanlı oxucular üçün Əliyevin həyatını, onun siyasətçi kimi, Heydər Əliyevin varisi kimi formalaşmasını dərk etməkdən ötrü çox böyük dəyər və əhəmiyyət kəsb edib. Bu kitabı dəyərli edən digər fakt ondan ibarətdir ki, kitab yalnız Azərbaycan oxucuları üçün deyil, xarici oxucular üçün də nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti