...

Azərbaycan 2008-ci ildə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üzrə səylərini davam etdirəcək - XİN-in mətbuat katibi

Siyasət Materials 24 Dekabr 2007 15:05 (UTC +04:00)
Azərbaycan 2008-ci ildə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üzrə səylərini davam etdirəcək - XİN-in mətbuat katibi

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva / Azərbaycan 2008-ci ildə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı səylərini davam etdirəcək.

"Biz hesab edirik ki, münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqlarla bağlı imkanlar hələ tükənməyib" - deyə bazar ertəsi Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim ilin yekunlarına həsr olunmuş mətbuat konfransında jurnalistlərə məlumat verib.

"Demək olmaz ki, 2007-ci ildə Dağlıq Qarabağ məsələsində nailiyyətlər əldə olunmayıb. Yola saldığımız il ərzində beynəlxalq arenada Azərbaycanın mövqeyi möhkəmlənib, beynəlxalq təşkilatların və ayrı-ayrı dövlətlərin çoxsaylı bəyanatları bunu göstərir" - deyə İbrahim qeyd edib.

İbrahimin sözlərinə görə, 2007-ci ildə Azərbaycan və Ermənistan prezidentləri səviyyəsində bir görüş, xarici işlər nazirləri səviyyəsində dörd görüş, eləcə də ATƏT-in Minsk qrupu həmsədrlərinin çoxsaylı görüşləri keçirilib.

İbrahim Azərbaycanın əsas nailiyyətlərindən birinin BMT Baş Assambleyasının gündəliyinə GUAM ərazisindəki "dondurulmuş münaqişələr" məsələsinin daxil edilməsi olduğunu qeyd edib. "Azərbaycan BMT-nin GUAM ərazisində "dondurulmuş münaqişələr"ə dair xüsusi qətnaməsinin qəbul olunması istiqamətində səylərini davam etdirmək niyyətindir" - deyə İbrahim əlavə edib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki, nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti