Azərbaycan, Gəncə / müxbir Trend V. Məmmədov
Havaların qeyri sabit keçməsi Gəncənin komunal sahəsində heç bir problem törətməyib. Bu barədə məlumat verən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yol və səkilərin qardan təmizlənməsi işinin mütəmadi aparıldığını bildirdi. Onun sözlərinə görə komunal sahədə çalışanlar işlərinin öhdəsindən layiqincə gəlirlər. "Şəhərdə olan texnika yollardan qarı təmizləyir. Gediş - gəlişin çıx olduğu yerlərə qum səpilir. Bu proses qədərində aparılır. Əks halda kanalizasiya sisteminin sıradan çıxmasına gətirib çıxaracaq. Texnika köhnə olsada bu günkü tələbatı ödəyir", - deyə o vurğulayıb.
İcra başçısı qeyd etdi ki, Gəncədə elektrik enerjisinin verilməsində və qaz təchizatında demək olar ki, heç bir problem yoxdur. "Ölkə başçısının "Azəriqaz"ın rəhbərliyinə verdiyi göstəriş əsasında Gənəcəyə verilən təbii qazın həcmi 30% artırılıb. Bu da gecə saatlarında əhalini təbii qazla təmin edəcək", deyən E. Əzizov problemin yalnız su təchizatında olduğunu vurğuladı. Bu da şaxtalı havalarda boruların donması ilə əlaqədardır.