...

MSK Azərbaycanda seçki kampaniyasına ayrılan müddətin azaldılmasını məqbul sayır

Siyasət Materials 11 Yanvar 2008 12:59 (UTC +04:00)
MSK Azərbaycanda seçki kampaniyasına ayrılan müddətin azaldılmasını məqbul sayır

Azərbaycan, Bakı, 11 yanvar / Trend , müxbir Q.Cəbiyev/ Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda seçki kampaniyasına ayrılan müddətin azaldılması təklifini dəstəkləyir. "Qanunvericilikdə seçki kampaniyasının 2 aya endirilməsi ilə bağlı dəyişikliklər edilsə, MSK bunu məqbul sayacaq və öz fəaliyyətini buna uyğun quracaq", cümə günü Trend ə MSK-nın katibi Natiq Məmmədov deyib.

Azərbaycanın mövcud Seçki Məcəlləsində seçki kampaniyalarının müddəti 4 ay göstərilib. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini və icra katibi Əli Əhmədov bu müddətin iki aya endirilməsi təklifi ilə çıxış edib. Gələn ay isə Avropa Şurasının Venesiya Komissiyasının təmsilçiləri Azərbaycana səfər edəcəklər. Səfər zamanı seçki kampaniyasının müddətinin azaldılması məsələsi ilə bağlı Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi müzakirə olunacaq.

Məmmədov bildirib ki, dünya praktikasında da seçki kampaniyasına ayrılan müddət 2 aydır. Onun sözlərinə görə, seçki kampaniyasının müddətinin azaldılması MSK-nın fəaliyyətində problem yaratmayacaq.

Azərbaycanda oktyabr ayında prezident seçkisi keçiriləcək.

Xəbər lenti

Xəbər lenti