...

Misir prezidenti Azərbaycana səfərə gələcək

Siyasət Materials 16 Yanvar 2008 17:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 yanvar/ Trend , müxbir S.Ağayeva/ Misir prezidenti Hüsnü Mübarəkin Azərbaycana səfəri hazırlanır. "Səfər ilin birinci yarısında baş tuta bilər"-Azərbaycanın Misirdəki səfiri Faiq Bağırov çərşənbə günü Qahirədən telefonla Trend -ə məlumat verib. Səfərin konkret müddəti və proqramı razılaşdırılır.

Səfir bildirib ki, Mübarəkin səfərində, Azərbaycan prezidenti İlham Əliyevin ötən ilin mayında ikitərəfli və beynəlxalq xarakterli ən aktual məsələlərin müzakirə olunduğu Misir səfərindən sonra başlayan dialoq davam etdiriləcək. " Ölkələrimiz arasında siyasi sferada yaxşı münasibətlər var. Hər iki dövlət rəhbərinin dəstəyi bunda müsbət rol oynayır. İndi isə iqtisadi əməkdaşlığı inkişaf etdirmək lazımdır" -Bağırov qeyd edib.

Onun sözlərinə görə, bu gün hər iki ölkə hökumətində Azərbaycan və Misir arasında hüquqi-müqavilə bazasının genişləndirilməsi üçün yeni müqavilə layihələri hazırlanır. Sənəd iqtisadiyyat, qarşılıqlı investisiyaların qorunması, gömrük, həmçinin, konsulluq işlərində əlaqələrin genişlənməsi kimi sferaları əhatə edir. Sənədlərin Misir prezidentinin səfəri zamanı imzalanması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti