...

Azərbaycanın yol polisləri üçün yeni BMW markalı avtomobillər gətirilib

Siyasət Materials 18 Yanvar 2008 15:07 (UTC +04:00)
Azərbaycanın yol polisləri üçün yeni BMW markalı avtomobillər gətirilib

Azərbaycan, Bakı, 18 yanvar / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın yol polisi əməkdaşları üçün BMW markalı yeni 100 avtomobil gətirilib. Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Ərəstun Məcidov Trend ə bildirib ki, yeni avtomobillər yol polisi alayına, Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinə və Bakının bir neçə rayonunun yol polisi əməkdaşlarına veriləcək.

Bundan əvvəl iki dəfə yol polisi əməkdaşları üçün BMW markalı avtomobil gətirilib və onlar paytaxt yol polislərinə paylanılıb.

Məcidov deyib ki, yeni gətirilən avtomobillərdən respublikanın digər rayonlarının yol polisi əməkdaşlarına verilməsi nəzərdə tutulmayıb.

Yeni gətirilən BMW markalı avtomobillərin bu gün "Azadlıq" meydanında təqdimat mərasimi keçirilib.

Xəbər lenti

Xəbər lenti