...

Azərbaycan prezidentinin Davosa səfər proqramı açıqlanıb

Siyasət Materials 22 Yanvar 2008 17:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 yanvar / Trend , müxbir S.Ağayeva / Azərbaycan prezidenti İlham Əliyev yanvarın 23-27-də İsveçrənin Davos şəhərində Ümumdünya İqtisadi Forumuna (ÜİF) üzv ölkə və hökumətlərin rəhbərləri ilə bir sıra ikitərəfli görüşlər keçirəcək.

"Dövlət başçısı Forumun işində iştirak çərçivəsində - yanvarın 23-25-də İsveçrə Konfederasiyasının prezidenti Paskal Kuşpa, Ukrayna prezidenti Viktor Yuşenko, İranın XİN başçısı Manuçöhr Mottaki, İsrailin Baş naziri və XİN başçısı Tsipi Livni ilə görüşlər keçirəcək" -deyə çərşənbə axşamı Davosdan telefonla Azərbaycanın İsvesçrədəki səfiri Elçin Əmirbəyov bildirib.

Səfir bildirib ki, İlham Əliyev həmçinin, Davosa dəvət olunan BP, Microsoft kimi iri şirkətlər, iri banklar və maliyyə institutlarının rəsmi nümayəndələri ilə də görüşəcək. Azərbaycan prezidenti həmçinin, Davos forumu çərçivəsində həyta keçirilən əsas tədbirlərdən biri olan enerji sammitinə də dəvət alıb. Sammitdə dünyanın iri enerji şirkətlərinin rəhbərləri və Avropaya enerji resursları tədarük edən dövlətlərin başçılarının iştirakı planlaşdırılır.

Ənənə üzrə, 1971-ci ildə Forum yarandığı vaxtdan etibarən hər il Davosda dünyanın iri şirkətlərinin rəhbərləri - neft və maliyyə nəhənglərindən tutmuş dünya xəbər agentliklərinin rəhbərlərinə qədər hamı toplaşır. Təşkilatçıların verdiyi məlumata görə, 2008-ci ildə Davosda iri biznesin təxminən 800 nümayəndəsi olacaq. Onların arasında ÜİF-un 1000 daha əhəmiyyətli tərəfdaş-müəssisəsinin siyahısına daxil olan şirkətlərin rəhbərləri və top-menecerləri var.

Xəbər lenti

Xəbər lenti