...

İraqda Azərbaycan hərbçilərinin xidməti ölkəsinə böyük şərəf gətirir - səfir

Siyasət Materials 24 Yanvar 2008 11:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 yanvar/ Trend , müxbir E.Hüseynli/ "Azərbaycan Milli Ordusu hərbçilərinin sülhməramlıların nəzdində İraqda əla xidmət etməsi Azərbaycana böyük şərəf gətirir", cümə axşamı Azərbaycan hərbçilərinin 91 nəfərdən ibarət sülhməramlı bölüyünün Vətənə qayıdışı ilə bağlı keçirilən tədbirdə ABŞ-ın ölkəmizdəki səfiri En Dersi deyib.

Səfir bildirib ki, hərbçilərin əzimkarlığı sayəsində Azərbaycan-ABŞ arasında əməkdaşlıq genişlənməkdədir. Onun sözlərinə görə, ABŞ Administrasiyası Azərbaycan hərbçilərinin İraqda göstərdiyi səyləri yüksək qiymətləndirir.

"Mən də İraqda bir il xidmət etmişəm. Odur ki, sizin üzləşdiyiniz problemlər mənə artıq tanışdır. ABŞ dəniz piyadaçılarının komandirlərindən mənə məlumdur ki, dəniz piyadaçılarının həyatlarının qorunmasında Azərbaycan hərbçilərinin böyük rolu var" - səfir əlavə edib.

Azərbaycan Milli Ordusunun tərkibində 1997-ci ildə sülhməramlı bölük, sonra isə sühməramlı tabor yaradılıb. Azərbaycan Silahlı Qüvvələrinin İraqda Çoxmillətli Qüvvələrin tərkibində 150, Kosovoda 34, Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin strukturunda isə 45 sülhməramlısı xidmət edir.

Xəbər lenti

Xəbər lenti