...

İsveçrə energetika sektorunda Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır

Siyasət Materials 24 Yanvar 2008 15:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 yanvar/ Trend , müxbir S.Ağayeva/ İsveçrə Azərbaycanla energetika sektorunda əməkdaşlığın inkişafında maraqlıdır. Bu haqda İsveçrə Konfederasiyasının prezidenti Paskal Kuşpa Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə bildirib.

Görüş cümə axşamı, hər iki prezidentin İsveçrənin Davos şəhərciyində keçirilən Dünya İqtisadi Forumunda işitrakı çərçivəsində baş tutub.

Görüşdə tərəflər Azərbaycan-İsveçrə əməkdaşlığının inkişafında maraqlı olduqlarını qeyd ediblər.

Azərbaycanın Avropanın enerji təminatında rolunun artmasını qeyd edən prezident Əliyev gələcəkdə iki ölkə arasında əməkdaşlığın inkişafına əminliyini bildirib.

Xəbər lenti

Xəbər lenti