Azərbaycan prezidenti İlham Əliyev yanvarın 24-də Davosda Albaniya Nazirlər Şurasının sədri Sali Berişa ilə görüşüb.
Görüşdə ikitərəfli münasibətlər, əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb, qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyi vurğulanıb. İslam Konfransı Təşkilatı (İKT) çərçivəsində əməkdaşlığın daha da sıxlaşdırılmasına ehtiyac duyulduğu və bu məsələyə diqqət yetirilməsinin vacibliyi bildirilib.
Görəşdə həmçinin enerji sahəsindəki əməkdaşlıq məsələləri ətrafında söhbət aparılıb.