...

Azərbaycan prezidenti NATO sammitinə dəvət olunub

Siyasət Materials 25 Yanvar 2008 16:59 (UTC +04:00)
Azərbaycan prezidenti NATO sammitinə dəvət olunub

Azərbaycan, Bakı 25 yanvar / Trend , müxbir K.Ramazanova / Azərbaycan prezidenti İlham Əliyev aprelin 2-4-də Buxarestdə keçiriləcək NOTO-nun sammitinə dəvət olunub. Bu barədə cümə günü elektron poçt ilə Brüsseldən Trend ə NATO-nun rəsmi nümayəndəsi Simona de Manso məlumat verib.

Sammitdə ev sahibi qismində Rumıniya prezidenti Trayan Basesku çıxış edəcək. Sammit Alyansın Baş katibi Yap de Hoop Sxefferin sədrliyi altında keçəcək.

Sammitə NOTO-nun iştirakçı və tərəfdaş dövlətlərinin ölkə və hökumət başçıları dəvət olunub.

Azərbaycan ilə NATO arasında əməkdaşlığın əsası 1994-cü il mayın 4-də, "Sülh naminə tərəfdaşlıq" Proqramı - çərçivə sənədinin imzalanması ilə qoyulub. Azərbaycan bu proqramın ilk iştirakçıları sırasında, ATƏT-ə üzv olan 27 dövlətdən biri olub.

1996-cı ilin aprelində "Sülh naminə tərəfdaşlıq" Proqramı çərçivəsində, qarşılıqlı fəaliyyətin konkret istiqamətlərini müəyyən edən rəsmi sənəd imzalanıb. Hazırda bu Proqrama müvafiq olaraq, Azərbaycan üzərinə götürdüyü təxminən 50 tərəfdaşlıq vəzifəsini yerinə yetirir.

2005-ci il avqustun 3 - də Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının NATO ilə fərdi tərəfdaşlıq üzrə Fəaliyyət Planının təsdiq olunmasına dair" fərman imzalayıb.

Hazırda əməkdaşlıq "Azərbaycan Respublikasının NATO ilə fərdi tərəfdaşlıq üzrə Fəaliyyət Planı"nın ikinci mərhələsi çərçivəsində həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti