...

Avropa Məhkəməsinin Azərbaycana qarşı çıxardığı qərarların bir qismi polislərin qanun pozuntuları ilə bağlıdır- Prezident Aparatının şöbə müdiri

Siyasət Materials 26 Yanvar 2008 15:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 yanvar / Trend müxbir E.Hüseynli/ İnsan Haqları üzrə Avropa Məhkəməsinin Azərbaycanda vətəndaşların hüquqlarının pozulmasına dair çıxardığı qərarların bir qismi polis orqanlarındakı neqativ hallarla bağlıdır. Bu barədə şənbə günü Daxili İşlər Nazirliyinin (DİN) kollegiya iclasında çıxış edən çıxışında Prezidentin İcra Aparatının hüquq-mühafizə orqanları ilə iş üzrə şöbəsinin müdiri Fuad Ələsgərov məlumat verib.

Avropa Məhkəməsi Azərbaycanda vətəndaşların hüquqlarının pozulması ilə bağlı 26 qərar çıxarıb. Bunlardan 11-i ilə bağlı Azərbaycan hökuməti vətəndaşların hüquqlarının pozulmasını müəyyənləşdirib.

Ələsgərov deyib ki, vətəndaşların hüquqlarının pozulması ilə bağlı müəyyənləşdirilən işlərlə əlaqədar Azərbaycan dövləti təzminat ödəyib. Onun sözlərinə görə, bu cür halların baş verməməsi üçün Azərbaycan polisi Cinayət-Prosessual və İnzibati qanunvericiliyə riayət etməli və bunu diqqətini artırmalıdır.

Prezident Aparatının şöbə müdiri, həmçinin bildirib ki, Azərbaycan dövləti vətəndaşlarının, o cümlədən Ermənistanın işğalçılıq siyasəti nəticəsində hüquqları pozulmuş məcburi köçkünlərin hüquqlarının bərpası üçün Avropa Məhkəmələrinə müraciətlər edir.

Xəbər lenti

Xəbər lenti