...

Moskvada delimitasiya üzrə Azərbaycan-Rusiya hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək

Siyasət Materials 26 Yanvar 2008 19:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 yanvar / Trend müxbir C.Babayeva/ Yanvarın 27-də Moskvada delimitasiya üzrə Azərbaycan-Rusiya hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək.

ANS telekanalının verdiyi məlumata görə, iclasda Azərbaycanı xarici işlər nazirinin müavi Xələf Xələfov təmsil edəcək. O ümüdvar olduğunu bildirib ki, görüş səmərəli olacaq və tərəflər razılaşdırılmamış məsələlərlə bağlı birgə fikirə gələ biləcəklər.

Keçən ilin dekabrında, delimitasiya üzrə Azərbaycan-Rusiya hökumətlərarası komissiyanın son iclasında tərəflər 3 razılaşdırılmamış məsələlərdən birini həll etməyə nail olmuşlar. Komissiya Azərbaycanın Balakən rayonunun ərazisindən keçən bir hissə üzrə razılığa gəliblər, bununla bağlı müvafiq sənəd imzalayıblar.

Torpaq və kartoqrafiya dövlət komitəsinin sədri Qərib Məmmədovun məlumatına görə, azərbaycan-rusiya sərhədinin 90-95% razılaşdırılıb.

Xəbər lenti

Xəbər lenti