...

"Həmas" Qəzzəni "Fəth"ə verməməkdə , "Fəth" isə, dialoqa getməməkdə israrlıdır

Siyasət Materials 28 Yanvar 2008 19:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 yanvar / Trend müxbir R.Hafizoğlu/ Fələstindəki İslami müqavimət hərəkatı "Həmas" Qəzzəni hakim "Fəth"ə təslim etmək niyyətində deyil, "Fəth" isə, belə olacağı təqdirdə, dialoqun baş tutmayacağını bildirir.

"Əl-Cəzirə" telekanalının yanvarın 28-də verdiyi məlumata görə, Mahmud Abbas Misirdə planlaşdırılan "Həmas" və "Fəth" təşkilatları arasında keçiriləcək görüşlərin baş tutması üçün, Qəzzənin nəzarətinin rəhbərlik etdiyi "Fəth" təşkilatına verilməsi tələbi ilə çıxış edib.

Ekspertlər Fələstin prezidenti Mahmud Abbasın Qəzzənin nəzarətinin "Fəht"ə təslim edilməsi tələbinin danışıqların baş tutmamasına əngəl olcacağını istisna etmirlər.

"Həmas" rəsmisi hesab edir ki, Fələstin prezidenti Abbasın "Həmas"ın nəzarətində olan Qəzzənin "Fəth"ə təslim edilməsi tələbi əsassızdır. "Fələstin prezidenti Mahmud Abbasın "Qəzzənin nəzarəti "Fəth"ə təslim edilməlidir"- tələbi əsassızdır və bu tələb yerinə yetirilməyəcək"-deyə, "Həmas"ın mətbuat katibi Sami Əbu Zühri Trend -ə bildirib.

Zühri bildirib ki, "Həmas" 2005-ci ildə, Fələstində keçirilən demokratik seçki nəticəsində hakimyyətə gəlib. ""Həmas" heç vaxt öz demokratik hüqüqundan imtina etməyəcək. "Bizi xalq seçib və xalqın seçiminə qarşı etinasızlıq etməyəcəyik" - deyə Zühri bazar ertəsi, Qəzzədən telefonla söhbətində Trend in müxbirinə bildirib.

O hesab edir ki, "Həmas" dan fərqli olaraq, hakim "Fəth" sərbəst siyasət yürütmür. "Biz dialoqa hazırıq və elə bu səbəbdən də, çərşənbə günü Misirdə keçiriləcək toplantıda iştirak edəcəyik. "Həmas" Misirdə keçiriləcək toplantıya qatılsa da, bü görüşə o qədər də ümid etmir. "Çünki, "Fəth" fələstinlilərin maraqlarına deyil, İsrail və ABŞ-ın maraqlarına xidmət edir" - deyə Əbü Zühri əlavə edib.

"Fəth" rəsmisi, Fəhmi əl - Zəarir, Qəzzə "Fəth"ə təhvil verilməsə, iki tərəfin iştirakı ilə keçiriləcək Misir toplantısında iştirak etməyəcəklərini bildirib. ""Həmas" demokratik yolla parlament seçkilərində qalib gəlsə də, Qəzzəni silah gücü ilə ələ keçirib. Qəzzə "Həmas"ın nəzarətində qaldığı müddətdə Fələstində heç bir demokratik islahatlardan və sülhdən söhbət gedə bilməz" - deyə,bazar ertəsi, Fəth" təşkilatının rəsmi natiqi Zəarir Ramallahdan Trend ə telefonla bildirib.

Onun fikrincə, Sami əbu Zühri və onun təmsil etdiyi "Həmas" təşkilatı fələstinliləri öz siyasi maraqlarının alətinə çeviriblər. ""Həmas"ın Qəzzəni nəzarət altında saxlaması İsrailin maraqlarına xidmət edir. İsrail "Həmas"ın bu addımından istifədə edərək, Qəzzəyə iqtisadi blokada tətbiq edir"-deyə, Zəarir bildirib.

Zəarir qeyd edib ki, Qəzzənin nəzarəti "Fəth"ə təhvil verilmədikcə,ikitərəfli dialoqdan söhbət gedə bilməz.

Fələstində 2005-ci ildə keçirilən parlament seçkilərində səs çoxluğu ilə qalib gələn "Həmas" hakimiyyətə gəldikdən sonra, "Fəth" ə məxsus siyasi strukturları silah gücü ilə ələ keçirərək, Qəzzəyə nəzarəti ələ alıb. İordan çayınının qərb sahili isə, Mahmud Abbasın rəhbərlik etdiyi hakim "Fəth" təşkilatının nəzarəti altındadır.

Xəbər lenti

Xəbər lenti