...

Ermənistan bu əsrin Paraqvayıdır - Böyük Britaniya baş nazirinin keçmiş köməkçisi

Siyasət Materials 30 Yanvar 2008 12:26 (UTC +04:00)
Ermənistan bu əsrin Paraqvayıdır - Böyük Britaniya baş nazirinin keçmiş köməkçisi

Azərbaycan, Bakı, 30 yanvar / Trend , müxbir K.Ramazanova, F.Rzayev/ Böyük Britaniya baş naziri Marqaret Tetçerin keçmiş köməkçisi Normann Stoun hesab edir ki, Ermənistan bu əsrin Paraqvayıdır.

"Paraqvayda diktator Lopesin (XIX əsr) idarəçiliyi zamanında, ölkə qonşu dövlətlərə (Braziliya, Boliviya, Argentina) çoxsaylı hərbi yürüşlər edirdi. Bütün yürüşlərdə də məğlubiyyətə məruz qalırdı və nəticədə ölkə əhalisinin 90 faizini itirdi ki, bu aqibət həmiçinin Ermənistanı da gözləyir" - deyə Stoun bildirib.

Stounun sözlərinə görə, Azərbaycan və Türkiyə diasporları qazanmağı və öz vəsaitlərini düzgün xərcləməyi bacarmalıdır.

"Azərbaycan və Türkiyə diasporlarından fərqli olaraq, Ermənistan diasporu öz vəsaitlərini düzgün paylaşdırmağı və nüfuzundan istifadə edərək həyasızcasına yalan danışmağı bacarır. Bu, onların maraqlarının lehinə işləyir" - deyə Stoun vurğulayıb.

Onun sözlərinə görə, İngiltərədə bir çox alimlər ötən əsrin əvvəllərində Osmanlı Türkiyəsində "erməni soyqırımı"nı tanımır. "Avropada mənim kimi, soyqırımın olmamasına dair həqiqəti bilən alimlər var" - deyə Stoun əlavə edib.

ABŞ Konqresi XX əsrin əvvəllərində Osmanlı İmperiyası ərazisində ermənilərin türklər tərəfindən soyqırıma məruz qalması iddia olunan qətnamə layihəsi hazrlayıb. Ermənilər iddia edirlər ki, soyqırım nəticəsində 1.5 milyondan çox insan həlak olub.

ABŞ Konqresinin Xarici İşlər üzrə Komitəsində 106-cı qənamə üzrə səsvermə oktyabrın 10-da keçiriləcək. Nümayəndələr Palatasının lideri, konqresmen Steni Xoyer bildirib ki, "erməni soyqırımı"na dair 106-cı qətnamə ABŞ-ın Nümayəndələr Palatasında noyabrın 25-də - Şükranlıq Gününə qədər qəbul olunacaq.

Türkiyə dəfələrlə ABŞ-a xəbərdarlıq edib ki, 106-cı qənamə qəbul olunacağı təqdirdə erməni-türk münasibətləri pisləşə bilər.

Qətnamə Nümayəndələr Palatasına 2007-ci il yanvarın 30-da konqresmen Adam Şiff tərəfindən təqdim olunub. Hazırda qətnaməni 227 konqresmen dəstəkləyir.

ABŞ prezidenti Corc Buş "erməni soyqırımı"nın tanınmasına qarşı dəfələrlə çıxış edib. ABŞ dövlət katibi və yeddi keçmiş dövlət katibləri də həmçinin bu qətnamənin qəbul olunmasına qarşı çıxış ediblər.

Pitera Balakyanın Osmanlı Türkiyəsində 1915-1923-ci illərdə baş vermiş "erməni soyqırımı"na ABŞ-ın reaksiyasından bəhs edən "Yanan pələng" kitabını isə Stoun tamamilə cəfəngiyat adlandırıb.

Xəbər lenti

Xəbər lenti