...

Böyük Britaniya Türkiyənin Aİ-yə üzv olmasına qarşı olan Fransa və Almaniyanı dəstəkləmir (video)

Siyasət Materials 1 Fevral 2008 10:02 (UTC +04:00)
Böyük Britaniya Türkiyənin Aİ-yə üzv olmasına qarşı olan  Fransa və Almaniyanı dəstəkləmir (video)

Azərbaycan, Bakı, 31 yanvar / Trend , K.Ramazanova, F.Rzayev / Böyük Britaniya Türkiyənin Aİ-yə üzv olmasına qarşı olan Fransa və Almaniyanı dəstəkləmir.

"Mənim fikrimcə bu, Böyük Britaniyanın rəsmi mövqeyidir və o hesab edir ki, Türkiyə Avropa İttifaqının üzvü olmalıdır", - cümə axşamı Avropa Komissiyasının Azərbaycandakı xüsusi numayəndəsi Alan Vadams Trend ə deyib.

Fransa prezidenti Nikola Sarkozi və Almaniya kansleri Angela Merkel "Birlikdə öz gələcəyimizi quraq" Avropanın gələcəyi haqqında konfransda Türkiyənin Avropa İttifaqına üzv olmasına qarşı çıxış ediblər.

"Türkiyə Kiçik Asiyada yerləşdiyindən, ona Avropa İttifaqında yer ola bilməz. Əgər biz, sonsuz olaraq Aİ-ni genişləndirsək, siyasi Avropanı məhv edəcəyik", - Fransa prezidenti deyib.

Ekspertlər hesab edirlər ki, Fransanın və Almaniyanın Türkiyəyə qarşı olmalarının əsas səbəbi, Türkiyənin Avropa İttifaqına üzv olduqda, Aİ-nin qeyri- formal "üçlük" liderləri - Fransa, Almaniya və Böyük Britaniya sıxışdırıla bilər. Türkiyə öz ərazisi, əhalisi, iqtisadi və geosiyasi əhəmiyyətinə görə Avropanın, onlarla birgə dördüncü lideri ola bilər.

Vadams qeyd edib ki, Fransanın və Almaniyanın mövqeləri - Avropa İttifaqının mövqeyi deyil.

Onun sözlərinə görə, Aİ -nin mövqeyi Türkiyəni öz sırasına daxil etmək prosesini davam etdirmək üzərində qurulub. "Ümid edirəm ki, yaxın zamanda Türkiyə Aİ-nin üzvü olacaq",- xüsusi nümayəndə bildirib.

O, Türkiyənin Aİ-yə üzv olma məsələsinin uzadılmasının dini məcraya keçirilməsi ilə razılaşmayıb. Bir çox ekspertlər, o cümlədən Türkiyənin özündə, Türkiyənin Aİ-yə üzv olmasının uzadılması səbəbi kimi, onun müsəlman ölkəsi olduğunu qeyd edirlər.

"Turkish Daily News"un icmalçısı Cem Oğuz rəsmi Berlin və Parisin mövqelərinin "çox uğursuz bəyanat" oldluğunu qeyd edib.

Onun fikrincə, Aİ-nin Türkiyədə müəyyən maraqları var, və bu addım böyük ədalətisizlikdir. Cem hesab edir ki, Türkiyə, Almaniya və Fransanın bu bəyanatını qəbul etməyəcək. "Bu bəyanat Aİ-nin nüfuzuna xələl gətirəcək",-- türk jurnalist qeyd edib.

2004-cü ildə Türkiyənin Aİ-yə üzv olması ilə bağlı danışıqlar başlayıb. Türkiyənin təşkilata üzv olması prosesinin uzadılmasının əsas səbəbləri - kürd problemi, Türkiyənin Ermənistanla sərhədlərini açması tələbinin yerinə yetirilməməsi və 1915-ci ildə Osmanlı impreriyası tərəfindən törədilmiş "erməni soyqırımını" tanımamasıdır.

2005-ci ilin statistikasına əsasən, Türkiyə əhalisi 73 mln.-dur. Ölkədə 25-dən çox milli azlıq yaşayır. Əsas əhalisi - türklərdir. Ölkədə 80 mindən məsçid fəaliyyət göstərir. Türkiyə, sayına və hərbi gücünə görə, ikinci NATO ordusuna malikdir. Türkiyə bazarında silahın illik satış həcmi üç - beş mlrd. dollar arasındadır.

Xəbər lenti

Xəbər lenti