Azərbaycan, Bakı, 31yanvar/ Trend / Prezident İlham Əliyev cümə axşamı Prezident sarayında Dünya Səhiyyə Təşkilatının (DST) baş direktoru Marqaret Çanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Qonağı səmimiyyətlə salamlayan prezident Əliyev ölkənin səhiyyə sisteminin bütövlükdə inkişafı müasirləşdirilməsi və ən müasir avadanlıqlarla təmin olunması, eləcə də yeni xəstəxanaların tikintisi ilə bağlı görülmüş işlərdən xeyli əldə olunmuş nailiyyətlərdən danışaraq,bu sahədə daha böyük planların olduğunu bildirib." Azərbaycanın səhiyyə sistemində islahatlar, bu sahədə irəli sürülən mühüm təşəbbüslər, Neft Fondunun vəsaitlərindən səhiyyənin məqsədləri üçün istifadə olunması, icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı planların təqdirəlayiq olduğunu vurğulayan Çan qənaətini belə yekunlaşdırıb: " Azərbaycan xalqı çox xoşbəxtdir ki, onun sağlamlığına bu cür böyük önəm verən Prezidenti var".