...

Fransa Azərbaycanla birgə təlimlərin keçirilməsini təklif edir

Siyasət Materials 6 Fevral 2008 14:49 (UTC +04:00)
Fransa Azərbaycanla birgə təlimlərin keçirilməsini təklif edir

Azərbaycan, Bakı, 06 fevral / Trend , müxbir İ.Əlizadə/ Fransa Müdafiə Nazirliyi Azərbaycanla birgə təlimlərin keçirilməsini təklif edir. "Fransa Müdafiə Nazirliyi Azərbaycanla üç sahədə əməkdaşlıq etməyi planlaşdırır. Bunlar geosiyasi və siyasi konsultasiyalar aparmaq, hərbi və strateji sahələrdə əməkdaşlıqdan ibarətdir" - deyə Fransa Müdafiə Nazirliyinin nümayəndəsi, səfir Tierri Borja de Mozota çərşənbə günü Milli Məclis sədrinin birinci müavini, Parlamentin Təhlükəsizlik və müdafiə məsələləri komissiyasının sədri Ziyafət Əsgərovla görüşündə bildirib.

Mozota qeyd edib ki, Azərbaycanın Qafqaz regionuna, eləcə də Ermənistana qarşı mövqeyinin necə olması Fransanı maraqlandırır. "Eləcə də Rusiya, Türkiyə və İranla münasibətləriniz bizi çox maraqlandırır. Azərbaycan müdafiə cəhətdən çox strateji əhəmiyyətə malikdir. Ona görə də Fransa Azərbaycanla yaxşı əlaqələr qurmaq istəyir. Azərbaycan bizim üçün həm siyasi, həm iqtisadi cəhətdən çox əhəmiyyətlidir".

Onun sözlərinə görə, Fransa üçün xüsusilə, müdafiə sahəsində əməkdaşlıq maraqlıdır: "Müdafiə naziri mənə tapşırıb ki, Azərbaycanla tam əməkdaşlıq etmək üçün danışıqlar aparım. Azərbaycanın müdafiə naziri ilə hərbi əməkdaşlığın genişləndirilməsi perespektivlərini müzakirə etmişəm".

Milli Məclis sədrinin birinci müavini Əsgərov bildirib ki, Azərbaycanla Fransa faydalı əməkdaşlıq edirlər.

Xəbər lenti

Xəbər lenti