...

Venesiya Komisssiyası Azərbaycanda seçki komissiyalarına etibarın artırılması üçün konkret addımların atılmasını gözləyir

Siyasət Materials 8 Fevral 2008 21:13 (UTC +04:00)
Venesiya Komisssiyası Azərbaycanda seçki komissiyalarına etibarın artırılması üçün konkret addımların atılmasını gözləyir

Azərbaycan, Bakı, 08 fevral/ Trend , müxbir K.Ramazanova/ Venesiya Komisssiyası Azərbaycanda seçicilərin və siyasi qüvvələrin seçki komissiyalarına etibarının artırılması üçün konkret addımların atılmasın gözləyir. Bu barədə cümə günü Komissiyanın nümayəndəsi Sergey Kuznetsov jurnalistlərə bildirib.

"Ümid edirəm ki, bu müzakirələrdən sonra Azərbaycanın həm siyasi qüvvələri, həm də seçicilərinin seçkilərin nəticələrinin müəyyən edilməsində vacib rol oynayan seçki komissiyalarına etibarı artacaq", - Kuznetsov bildirib.

Bakıda fevralın 7-8-də Avropa Şurası Venesiya Komissiyasının ekspertləri ilə Azərbaycanın seçki sistemi üzrə növbəti müzakirələr keçirilib. Görüşdə seçki orqanlarının qərarlarından şikayət proseduru, seçki komissiyalarının tərkibi və namizədlərin qeydiyyatı problemi yenidən müzakirə edilib.

Kuznetsovun sözlərinə görə, Dəyirmi masa təkliflər mübadiləsi üçün təşkil edilib və Venesiya Komissiyası parlamentin Seçki Məcəlləsi nəzərdən keçirilərkən Dəyirmi masanın nəticələrini diqqətə alacağına ümid edir.

Noyabrın əvvəlində Bakıda Venesiya Komissiyası, ATƏT, Azərbaycan hökumətinin və ilk dəfə olaraq, ölkənin siyasi partiyalarının iştirakı ilə Dəyirmi masa keçirlib. Görüşün gedişində seçki komissiyalarının tərkibi və seçki prosesi ilə bağlı qərarlardan şikayət məsələləri müzakirə edilib.

Azərbaycanın mövcud SeçkiMəcəlləsinə əsasən, şikayətlərə yuxarı seçki komissiyaları və məhkəmələr baxır. Venesiya Komissiyasının nümayəndələri şikayətlərə baxılması müddətini azaltmağı təklif edirlər.

Xəbər lenti

Xəbər lenti