...

Azərbaycan Demokrat Partiyasında prezidentliyə namizəd olmaq istəyənlərin sayı artıb

Siyasət Materials 12 Fevral 2008 17:33 (UTC +04:00)

Azərbaycan, Bakı,12 fevral / Trend ", müxbir Q.Cəbiyev/ Azərbaycan Demokrat Partiyasında (ADP) prezidentliyə namizəd olmaq istəyənlərin sayı artıb. Bu barədə çərşənbə axşamı Trend ə ADP sədri Sərdar Cəlaloğlu məlumat verib.

Fevralın 16-da keçiriləcək Ali Şuranın iclasında partiyanın prezidentliyə namizədinin adı açıqlanacaq. Azərbaycanda prezident seçkiləri oktyabrda keçiriləcək.

Cəlaloğlu bildirib ki, partiyanın yetkilisi Qurban Məmmədov namizədliyini irəli sürmək niyyətindədir. Bundan başqa, partiyanın Ali Şurasının sədri Vaqif Şirinovun da namizədliyini irəli sürmək istəyənlər var.

ADP ötən ilin əvvəllərində radikal siyasi kursdan imtina edib. Cəlaloğlu prezident seçkisində iştirak etmək niyyətindədir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti