...

Azərbaycanın daha bir müxalifət birliyi prezident seçkisini boykot edə bilər

Siyasət Materials 13 Fevral 2008 12:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 fevral / Trend , müx. C.Babayeva/ Demokratiya Uğrunda İttifaq (DUİ) prezident seçkilərinin boykot ediləcəyini mümkün sayır. Bu barədə çərşənbə günü Trend ə ittifaqın təsisçilərindən biri olan Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirib.

Müxalifəti təmsil edən DUİ-də Klassik Xalq Cəbhəsi, Azadlıq və Milli-Demokrat partiyaları təmsil olunub.

Orucun fikrincə, "Azərbaycanın mövcud Seçki Məcəlləsi ilə prezident seçkilərinin demokratik keçirilməsi mumkun olmayacaq".

Azərbaycanda prezident seçkisi 2008-ci il oktyabrın 15-də keçiriləcək. "Azadlıq" blokunun aparıcı müxalifət partiyaları (Azərbaycan Xalq Cəbhəsi, Liberal və Vətəndaş və İnkişaf partiyaları) ölkədə siyasi mühit dəyişməyəcəyi təqdirdə seçkilərin boykot edilməsinə çağırır. Partiyalar seçki komissiyalarının paritet əsasda formalaşdırılmasını tələb edir.

Müəllif üçün əlaqə saxlamaq üçün elektron ünvan - jamila

Xəbər lenti

Xəbər lenti