...

Hakimiyyət seçkilərin Avropa standartlarına uyğun keçməsində maraqlıdır - Azərbaycanın hakim partiyasının sədr müavini

Siyasət Materials 14 Fevral 2008 14:41 (UTC +04:00)
Hakimiyyət seçkilərin Avropa standartlarına uyğun keçməsində maraqlıdır - Azərbaycanın hakim partiyasının sədr müavini

Azərbaycan, Bakı, 14 fevral / Trend , müxbir Q.Cəbiyev/ Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) bəyan edib ki, ölkədə prezident seçkiləri Avropa standartları və prinsiplərinə uyğun formada keçiriləcək. "Hakimiyyət seçkilərin Avropa standartları və prinsiplərinə uyğun keçməsində maraqlıdır" cümə axşamı İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Alan Guyidetti qəbul edən YAP-ın sədr müavini və icra katibi Əli Əhmədov bildirib.

Azərbaycanda prezident seçkiləri oktyabrda keçiriləcək. Hakim Yeni Azərbaycan Partiyası (YAP) seçkilərdə partiyanın sədri, ölkənin indiki prezidenti İlham Əliyevin namizədliyini dəstəkləyəcək.

Səfir öz növbəsində deyib ki, Azərbaycanda keçiriləcək prezident seçkisində hakim partiya qarşısına qoyduğu məqsədə nail olacaq. Diplomatın sözlərinə görə, Azərbaycanda normal seçki mühiti formalaşıb.

YAP 1992-ci ildə Naxçıvanda keçmiş prezident Heydər Əliyev tərəfindən təsis olunub. Partiyanın hazırkı sədri prezident İlham Əliyevdir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti