...

Mahmud Abbas itirilmiş nüfuzunu bərpa etmək istəyir - "Həmas" rəsmisi

Siyasət Materials 14 Fevral 2008 15:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 fevral / Trend , müxbir R.Hafizoğlu/ Fələstin prezidenti Mahmud Abbasın İslami Müqavimət Hərəkatı "Həmas"ı "qardaşlarımız" deyə adlandırması ərəb dünyasında nüfuz qazanmaq istəyindən irəli gəlir. "Abbas belə bir çıxış etməklə ərəb dünyasında və müsəlmanlar arasında düşmüş nüfuzunu bərpa etmək istəyir" - deyə "Həmas" mətbuat katibi Muşir əl-Masri Trend ə bildirib.

Kütləvi informasiya vəsitələrinin verdiyi məlumata görə, Fələstin adminitrasiyasının prezidenti Abbas fevralın 12-də Qətər televiziyasındə çıxış edərək ""Həmas" bizim qardaşımızdır" fikrini səsləndirib, İsrailin bu təşkilatın rəsmilərini öldürməsinə və Qəzzədə geniş miqyaslı hərbi əməliyyatların başlanmasına etirazını bildirib.

"Həmas" rəsmisi Abbasın bu çıxışını yalan və riyakar addım kimi qiymətləndirib

"Qəzzədə baş verənlərin yeganə səbəbi Mahmud Abbasdır" - deyə əl-Masri cümə axşamı Qəzzədən telefonla bildirib.

Onun fikrincə, fələstinlilərin milli maraqlarını seonistlərin ayaqları altına atan bir şəxsin "Həmas"ı özünə qardaş hesab etməsi mümkün deyil. "İsrailin Qəzzədə hərbi əməliyyatlara başlaması seonistlərə çox baha başa gələ bilər. Dimondakı əməliyyatda nüvə mütəxəssisinin qətlə yetirilməsi ilə verdiyimiz messajın nə olduğunu İsrail çox gözəl başa düşür" - deyə "Həmas" rəsmisi vurğulayıb.

Onun fikrincə, İsrailin "Həmas" rəsmilərini sui-qəsdlə hədələməsi daimi raket zərbələrindən qorxuya düşən israillilərin rüh düşkünlüyünü aradan qaldırmaq üçündür.

Qəzzədəki İslam Universitetinin dekanı , həmasyönlü politoloq İsam Məhəmməd isə Abbasın Qətər televiziyası ilə çıxışını siyasi iradəsizlik kimi qiymətləndirib.

"Prezident Abbas bu çıxışı ilə öz siyasi karyerasına zərbə vurdu. Təəssüf hissi ilə qeyd edirəm ki, Abbasın söylədikləri ilə yürütdüyü siyasət üst-üstə düşmür" - deyə Məhəmməd cümə axşamı Qəzzədən Trend ə telefonla bildirib.

"Fələstin intifadasının ideoloqları olan ,Şeyx Əhməd Yasinin və Əbdüləziz Rantisinin qətlindən sonra "Həmas" daha ciddi təhlükəsizlik tədbirlərinə əl atıb. İsrailin "Həmas" rəsmilərinin məhv edilməsi üçün xüsusi planı olduğunu istisna etmirəm. Amma bu planı həyata keçirmək o qədər də asan olmayacaq" - deyə o qeyd edib.

Fələstin üzrə türkiyəli araşdırmaçı Əhməd Varol isə Abbasın bu addımını yüksək qiymətləndirib.

"Fələstində sülhün bərqərar olması üçün ilk növbədə Fələstindəki qruplaşmalar bir araya gəlməlidirlər"-deyə Varol cümə axşamı İstanbuldan elektron poçt vasitəsilə Trend ə bildirib.

Varolun fikrincə, Abbasın gələcəkdə də İsraili deyil, "Həmas" və fələstinlilərin siyasi maraqlarını müdafiə edən qruplarları dəstəkləməsi daha yaxşı olardı.

Fevralın 11-də verilən məlumata görə, İsrailin baş naziri Ehud Barak iki gün ərzində Qəzzədə "Həmas" silahlılarına qarşı genişmiqyaslı hərbi əməliyyatların başlayacağını bildirib.

Məqalə müəllifi ilə rufiz ünvanı ilə əlaqə saxlamaq olar.

Xəbər lenti

Xəbər lenti