...

ABŞ Azərbaycanın terrora qarşı mübarizədə töhfəsini yüksək qiymətləndirir – ABŞ rəsmisi

Siyasət Materials 14 Fevral 2008 18:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 fevral / Trend , müxbir S.İlhamqızı/ Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimovun cümə axşamı Bakıda ABŞ Dövlət Katibinin terrorizm məsələləri üzrə köməkçisinin müavini Frenk Urbançik ilə görüşündə terrorizmlə mübarizədə əməkdaşlıq məsələləri müzakirə olunub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Azərbaycanın terrora qarşı mübarizədə beynəlxalq əməkdaşlığa verdiyi töhfəni və xüsusilə ABŞ-ın apardığı antiterror əməliyyatlarında iştirakını yüksək qiymətləndirən qonaq, bu əməkdaşlığı davam etdirməyin zəruriliyini bildirib.

Əzimov terrorizmlə mübarizədə beynəlxalq cəmiyyətin birgə səylərinin vacibliyini qeyd edərək, terror qruplarının bir-biri ilə əlaqəli şəkildə fəaliyyət göstərdiyini bildirib. Bu baxımdan, hər bir terror qrupunun bütövlükdə beynəlxalq cəmiyyət üçün təhdid yaratdığysı qeyd edib, terrorçuluğa qarşı birgə mübarizənin vacib olduğunu vurğulayıb. Erməni terroruna məruz qalan ölkə kimi, bu əməkdaşlığın Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.

Nazir müavini terrorun separatizm və ekstremizmlə əlaqəli olduğunu, habelə mütəşəkkil cinayətkarlığın çiçəklənməsinə, narkotik maddələrin qeyri-qanuni dövriyyəsi, silah və insan alveri, çirkli pulların yuyulması kimi cinayət hallarının artmasına səbəb olduğunu diqqətə çatdırıb. Əzimov bütün bu halların birgə əməkdaşlığı zəruri etdiyini və bu baxımdan, Azərbaycanın həm də beynəlxalq təşkilatlar, o cümlədən ATƏT, NATO daxilində də bütün səylərini bu mübarizəyə yönəltdiyini qonağın diqqətinə çatdırıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti