...

Azərbaycanın müxalifət partiyaları vahid namizəd məsələsində bir araya gəlir

Siyasət Materials 18 Fevral 2008 16:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 fevral / Trend , müxbir Q.Cəbiyev/ Azərbaycanın müxalif Müsavat Partiyası hesab edir ki, partiya digər müxalif Demokrat Partiyası ilə prezident seçkilərinə vahid namizədlə gedə bilər. "Hesab edirəm ki, prezident seçkilərində ADP ilə vahid namizəd müəyyənləşdirə bilərik" bazar ertəsi Trend ə Müsavat Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib.

Azərbaycanda prezident seçkisi oktyabrda keçiriləcək. ADP fevralın 16-da partiyanın sədri Sərdar Cəlaloğlunun prezidentliyə namizədliyini irəli sürüb. Müsavat Partiyası isə təşkilatın başqanı İsa Qəmbərin namizədliyini irəli sürüb.

Hacılı deyib ki, ADP 2003-cü il prezident seçkisində Qəmbərin namizədliyini dəstəkləyib. Ona görə də builki seçkilərdə də vahid namizəd məsələsində ADP və Müsavat Partiyasının razılıq əldə edə bilməsi mümkündür.

ADP funksioneri Qurban Məmmədov Trend ə təmsil etdiyi partiyasının seçkiyə bir namizədlə getmək məsələsində Müsavat Partiyası ilə anlaşmasının real göründüyünü deyib. Bunu bazar ertəsi Trend ə açıqlamasında ADP funksioneri Məmmədov deyib. Onun sözlərinə görə, iki partiya liderlərinin yaxın əməkdaşlıq münasibətləri var və onlar bir-birləri ilə anlaşa bilərlər.

Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı Qəmbər Azərbaycan Parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya beş nəfər deputatla Parlamentdə təmsil olunur.

Sağ təmayüllü partiya olan ADP 1991-ci ildə Cəlaloğlu tərəfindən təsis edilib. Partiya bu ilin yanvarınadək iqtidara qarşı radikal müxalif mövqedə olub. Yanvarda ADP-nin hakimiyyətlə dialoq qurulması ilə bağlı yeni siyasi kursu qəbul edilib. Buna etiraz olaraq keçmiş sədr Rəsul Quliyev və tərəfdarları ADP-dən imtina edərək özlərinin Açıq Cəmiyyət Pariyasını yaradıblar.

Xəbər lenti

Xəbər lenti