...

Azərbaycan və İran regionda istənilən gərginlikdən qaçmaq üçün sayıqlığı gücləndirəcək

Siyasət Materials 19 Fevral 2008 11:30 (UTC +04:00)
Azərbaycan və İran regionda istənilən gərginlikdən qaçmaq üçün sayıqlığı gücləndirəcək

Azərbaycan, Bakı, 19 fevral / Trend , müxbir K.Ramazanova/ İran və Azərbaycan regionda istənilən bir gərginlikdən qaçmaq üçün sayıqlığı gücləndirəcək.

"Qonşu ölkələr regionda təhlükəsizliyə xələl gətirə biləcək istənilən gərginlikdən qaçmaq üçün sayıqlıq göstərməlidir". İranın İRNA İnformasiya Agentliyinin verdiyi xəbərə görə, bu barədə Azərbaycanın müdafiə naziri Səfər Əbiyevlə görüş zamanı İranın müdafiə naziri Mustafa Muhəmməd Najjar bildirib.

"İran mehriban qonşuluğa inanır və regionda sabitlik və sülhün bərpa olunması üçün səylərini əsirgəməyəcək" - deyə iranlı nazir vurğulayıb.

İki müdafiə idarəsi nazirinin görüşü Azərbaycan müdafiə nazirinin İrana rəsmi səfəri çərçivəsində baş tutub. Görüş zamanı nazirlər ikitərəfli əməkdaşlığın bir sıra məsələlərini müzakirə ediblər.

Səfər zamanı nazir həmçinin İranın rəsmi şəxsləri ilə görüşlər keçirib.

Xəbər lenti

Xəbər lenti