...

Türkdilli dövlətlərin Parlamentlərarası Şurasının ilk toplantısı keçiriləcək

Siyasət Materials 19 Fevral 2008 18:39 (UTC +04:00)
Türkdilli dövlətlərin Parlamentlərarası Şurasının ilk toplantısı keçiriləcək

Azərbaycan, Bakı, 19 fevral / Trend ,müxbir İ.Əlizadə/ Türkdilli dövlətlərin Parlamentlərarası Şurasının ilk toplantısı fevralın 21-22-də Türkiyənin Antalya şəhərində keçiriləcək. Bu barədə çərşənbə axşamı Trend ə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Toplantıda Şuranın Rəyasət Heyəti, tərkibi, üzvlük şərtləri, işçi dilləri və digər təşkilati məsələlər müzakirə olunacaq. Bir sıra türkdilli ölkələrin parlamentlərinin üzv olacağı bu Şuranın yaradılmasında məqsəd türkdilli ölkələr arasında Parlamentlər Birliyi şəklində ortaq bir mexanizmin qurulmasına və qarşılıqlı münasibətləri gücləndirərək, siyasi baxışların uyğunlaşdırılmasına, təcrübə mübadiləsinə, birgə layihələrin həyata keçirilməsinə nail olmaqdan ibarətdir.

Toplantıda birinci vitse-spiker Ziyafət Əsgərovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti də iştirak edəcək. Nümayəndə heyətinə deputatlardan Rafael Cəbrayılov, Əhməd Vəliyev və Milli Məclis rəhbərliyi katibliyinin rəisi Səyyad Ələsgərov daxildir.

Xəbər lenti

Xəbər lenti