...

Azərbaycan prezidentinin Polşaya səfərinə hazırlıq görülür

Siyasət Materials 20 Fevral 2008 13:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral / Trend , müxbir S.Ağayeva / Varşavada Azərbaycan prezidenti İlham Əliyevin Polşaya gözlənilən rəsmi səfərinə hazırlıq işləri görülür. Xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərliyi ilə Azərbaycan hökumətinin nümayəndə heyəti Varşavadadır və Polşan Xarici İşlər Nazirliyi və Prezident Administrasiyasında görüşlər keçirib. Bu barədə Trend a çərşənbə günü telefonla Azərbaycanın Varşavadakı səfirliyindən məlumat verilib.

Fevralın 26-27-də prezident Əliyevin Polşaya səfəri planlaşdırılır. Səfər ötən ilin mart ayında Polşa prezidenti Lex Kaçinskinin Bakıya səfərinə cavab olaraq həyata keçiriləcək.

Görüş zamanı hazırda iki dövlət ekspertləri tərəfindən razılaşdırılan hökumətlərarası müqavilələrin imzalanması gözlənilir.

Azərbaycan Nazirlər Kabinetindən Trend a bildiriblər ki, artıq Kənd Təsərrüfatı (Baytarlıq sahəsində) və İqtisadi İnkişaf nazirliklərindən (Ticarət münasibətləri və ticari əməkdaşlığın inkişafı barədə) səfər zamanı imzalanacaq müqavilə layihələri daxil olub.

Xəbər lenti

Xəbər lenti