...

Azərbaycan prezidenti Rusiya Federal Təhlükəsizlik Xidməti direktorunun birinci müavinini qəbul edib

Siyasət Materials 20 Fevral 2008 16:50 (UTC +04:00)

Azərbaycan, Bakı 20 fevral / Trend / Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də Prezident sarayında Rusiya Federal Təhlükəsizlik Xidməti direktorunun birinci müavini - sərhəd xidmətinin rəisi, general Vladimir Proniçevi qəbul edib.

Dövlət başçısı Azərbaycan-Rusiya əlaqələrinin bütün sahələrdə, o cümlədən sərhəd xidməti sahəsində də uğurla inkişaf etdiyini vurğulayıb. Ölkələrimizin ayrı-ayrı strukturları arasında əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd edən prezident qonağın bu səfərinin sərhəd xidməti sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcəyinə əminliyini söyləyib.

General Vladimir Proniçev Azərbaycana növbəti dəfə səfərindən məmnun olduğunu bildirib. O, iki ölkənin müvafiq strukturları arasında əməkdaşlığın sıx olduğunu və bu səfərin əlaqələrin daha da genişləndirilməsinə xidmət edəcəyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti