Azərbaycan prezidenti İlham Əliyev fevralın 27-də Qdansk şəhərinin mərkəzində ucaldılmış "Həlak olmuş tərsanə işçiləri" abidəsini ziyarət edib.
İlham Əliyev və Polşa prezidenti Lex Kaçinski ötən əsrin 80-ci illərinin əvvəllərində Polşada geniş vüsət alan etiraz nümayişləri zamanı güllələnən tərsanə işçilərinin şərəfinə ucaldılmış abidə önünə əklil qoyublar.