Fevralın 27-də Azərbaycan prezidenti İlham Əliyevin Polşaya rəsmi səfəri başa çatıb.
İlham Əliyev həmin gün gecə Bakıya qayıdıb.
Azərbaycan prezidentini Heydər Əliyev adına beynəlxalq hava limanında baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıblar.