...

Azərbaycan ATƏT-ə azad, demokratik prezident seçkilərinin keçirilməsinə dair vəd verib – XİN başçısı

Siyasət Materials 28 Fevral 2008 13:37 (UTC +04:00)
Azərbaycan ATƏT-ə azad, demokratik prezident seçkilərinin keçirilməsinə dair vəd verib – XİN başçısı

Azərbaycan, Bakı, 28 fevral / Trend , müxbir S.Ağayeva/ Azərbaycan beynəlxalq təşkilatlar - Avropa Şurası və ATƏT qarşısında azad və demokratik prezident seçkilərinin keçirilməsinə dair üzərinə öhdəlik götürüb və öz vədini yerinə yetirəcək. Bu barədə cümə axşamı ATƏT-in fəaliyyətdə olan sədri İlkka Kanerva ilə görüşdən sonra brifinq zamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

O, ATƏT-i bu məramları reallaşdırmaqda Azərbaycana texniki yardım göstərməyə çağırıb.

Kanerva bildirib ki, ATƏT Azərbaycandakı demokratik seçkiləri dəstəkləyəcək və bu ölkədə demokratiyanın inkişafı üçün Azərbaycana hər cür yardım göstərməyə hazırdır.

Azərbaycanda oktyabr ayında növbəti prezident seçkisi keçiriləcək. Ölkənin hazırkı prezidenti İlham Əliyev hakim Yeni Azərbaycan Partiyasının yeganə namizədidir.

Xəbər lenti

Xəbər lenti