...

Dmitri Medvedyev Azərbaycanda səslərin 80%-ni toplayıb

Siyasət Materials 3 Mart 2008 14:29 (UTC +04:00)
Dmitri Medvedyev Azərbaycanda səslərin 80%-ni toplayıb

Azərbaycan, Bakı, 03 mart / Trend S.Ağayeva / Rusiya Federasiyası prezidenti seçkilərində Azərbaycanda keçirilən səsvermə zamanı Dmitri Medvedyev səslərin 80%-ni toplayıb.

Azərbaycanda təşkil olunan iki seçki məntəqəsində - Bakı və Qəbələdə 1733 seçicidən 1338 nəfər Medvedyevə səs verib. Rusiyanın Azərbaycandakı səfirliyindən bazar ertəsi verilən məlumat görə, ikinci yerdə kommunistlərin lideri Gennadi Zyuqanov, onun ardınca isə liberal-demokratların lideri Vladimir Jirinovski və demokratik partiyadan olan Andrey Boqdanov qərarlaşıb.

Rusiyada mart ayının 2-də prezident seçkiləri keçirilib. Rusiya Federasiyası prezidentinin seçkilər barədə Federal qanununa müvafiq olaraq, xaricdə yaşayan Rusiya vətəndaşları arasında demokratik seçkilərin keçirilməsini Xarici İşlər Nazirliyi təşkil edir. Azərbaycan ərazisində iki seçki məntəqəsi - Bakıda Bakıxanov küçəsi 17-də yerləşən Rusiya səfirliyində və Rusiya tərəfindən Azərbaycanda icarəyə götürülən Radiolokasiya Stansiyasında (RLS) müvvəqqəti olaraq işləyən Rusiya vətəndaşlarının yaşadığı Qəbələ rayonunda yaradılıb.

Rusiyada keçirilən səsvermənin yekununa görə, 70,1 % səs toplayan Medvedyev qalib gəlib.

Xəbər lenti

Xəbər lenti