...

GUAM-a üzv ölkələr Kosovo məsələsi ilə bağlı məsləhətləşmələr aparır – Baş katib Çeçelaşvili

Siyasət Materials 4 Mart 2008 14:37 (UTC +04:00)
GUAM-a üzv ölkələr Kosovo məsələsi ilə bağlı məsləhətləşmələr aparır – Baş katib Çeçelaşvili

Ukrayna, Kiyev, 04 mart / " , Z.Novosvitski/ GUAM-a üzv ölkələr Kosovonun müstəqilliyinin elan olunması məsələsinə dair məsləhətləşmələr aparır, lakin hazırkı mərhələdə GUAM-a üzv olan hər bir ölkənin öz mövqeyini müstəqil olaraq formalaşdırması qərar alınıb. Bu barədə Trend a GUAM-ın Baş katibi Valeri Çeçelaşvili məlumat verib.

"Ehtiyac yarandığı zaman GUAM-ın beynəlxalq təşkilat kimi Kosovo ilə bağlı öz mövqeyni formalaşdıracağı istisna deyil. Bizim hələ çox vaxtımız var, Tbilisidəki sammitə qədər bizim çox görüşümüz olacaq və bu məsələ bizim sonrakı iclasımızın, o cümlədən Milli Koordinatorlar Şurasının gündəliyində olacaq" - deyə Çeçelaşvili bildirib.

Bununla yanaşı, GUAM-ın Baş katibi bildirib ki, təşkilatın diqqətini yönəltməsi gərək olan bir sıra mühüm məsələlr var, belə ki, GUAM-ın əsas prioriteti "GUAM" əməkdaşlığı və GUAM regionunda əməkdaşlıq dairəsinin formalaşdırılmasıdır.

"Münaqişələrin həllinə gəldikdə isə, bizim mövqeyimiz dövlət başçılarının Kiyev bəyannaməsində və baxılması üçün BMT Baş Assambleyasına təqdim olunan birgə qətnamə layihəsində müəyyən olunub" - deyə Çeçelaşvili bildirib.

GUAM-ın formatı 1997-ci ildə Strasburqda Avropa İttifaqı dövlət başçılarının sammiti zamanı postsovet dövlətləri tərəfindən yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan daxil olsa da, dörd ildən sonra təşkilatı tərk edib. 2006-cı ildə Kiyevdə ilk sammit zamanı GUAM-ın beynəlxalq təşkilat və "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat - GUAM" kimi elan olunması haqda qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti