...

XİN-nin rəhbəri yeni təyin olunmuş Türkiyə səfirinin etibarnaməsinin surətini qəbul edib

Siyasət Materials 4 Mart 2008 18:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 mart / Trend , müxbir S.Ağayeva / Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Hulusi Qılınc çərşənbə axşamı Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarova etibarnaməsinin surətini təqdim edib.

Yeni səfir Azərbaycana təyin olunmasını məmnunluqla qarşıladığını söyləyib və iki ölkə arasında münasibətlərin yüksək sürətlə inkişafında səylərini əsirgəməyəcəyin bildirib.

Azərbaycan XİN-nin rəhbəri Azərbaycan və Türkiyə arasındakı siyasi münasibətlərin yüksək səviyyəsini qeyd edib və münasibətlərin bundan sonra da inkişafına inandığını söyləyib.

Görüşdə beynəlxalq və regional məsələlər barəsində müzakirələr aparılıb. Kosovo, Dağlıq Qarabağ münaqişəsi, Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığı, türkdilli dövlətlərin Parlament Assambleyasının yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti