...

Xaçmazda məhkumda heroin aşkarlanıb

Siyasət Materials 5 Mart 2008 14:48 (UTC +04:00)

Azərbaycan, Xaçmaz, 05 mart / Trend ", müxbir A.Qafarov/ Azərbaycanın Rusiya ilə sərhədində yerləşən Xaçmaz rayonunda polisin keçirdiyi əməliyyat zamanı martın 4-də Dəvəçi rayonunun 3 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkumda 6 qramdan çox heroin aşkarlanıb. Bu barədə çərşənbə günü Trend ə Xaçmaz rayon Polis Şöbəsinin baş müstəntiqi İlkin Abdullayev məlumat verib.

Məhkəmənin qərarı ilə Məntəqə Tipli Cəzacəkmə Müəssisəsində cəza çəkənlər ailələri ilə görüşmək üçün qısa müddətə evə buraxılırlar.

Abdullayev deyib ki, saxlanılan Xaçmaz rayon sakini 41 yasli Nasir Qafarovdur. Saxlanılanlar arasında onun həmyerlisi 48 yaslı Saleh Süleymanov da əvvəllər məhkumluq həyatı yaşayıb.

Saxlanılanlara qarşı Cinayət Məcəlləsinin narkotik maddələrin satışı, əldə edilməsi, istifadəsi (234.1-ci) maddəsi ilə cinayət isi açılıb.

Xəbər lenti

Xəbər lenti