...

YAP fəaliyyətinin öz qəzetində daha şəffaf və adekvat işıqlandırılmasını istəyir

Siyasət Materials 5 Mart 2008 16:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 mart / Trend , müxbir S.İlhamqızı/ "Yeni Azərbaycan" qəzetində edilən kadr dəyişilikliyi partiyanın fəaliyyətinin daha geniş işıqlandırılması məqsədilə bağlıdır. Bu fikirləri Trend ə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, partiyanın icra katibinin müavini Bahar Muradova bildirib.

YAP-ın mətbu orqanı olan "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Alqış Həsənoğlu ötən həftə partiyanın İdarə Heyətinin qərarı ilə vəzifəsindən azad edilib.

Məsələ ilə bağlı açıqlama verən Muradova bildirib ki, YAP-ın İdarə Heyətində guya gərgin müzakirələr aparılması, baş redaktorun vəzifəsindən azad edilməsinin səbəbləri ilə bağlı qeyri-dəqiq məlumatlar yayılıb: "Biz İdarə Heyətində nəyi müzakirə ediriksə, o barədə də dərhal ictimaiyyətə, KİV- ə məlumat veririk. "Yeni Azərbaycan" qəzeti ilə bağlı ciddi problem yoxdur. Sadəcə, partiya rəhbərliyinin fəalliyyətini daha geniş, daha şəffaf və adekvat işıqlandırılması məqsədilə qəzet rəhbərliyində kadr dəyişikliyi edilib. Burada qaranlıq məqamlar axtarmaq lazım deyil"-deyə YAP funksioneri bildirib.

Onun sözlərinə görə, bu səbəbdən başqa digər ehtimallar, sadəcə, ayrı-ayrı şəxslərin yalnış təxəyyülünün nəticəsidir.

Muradova YAP daxilində hər hansı fikir ayrılığının olmadığını və prezident seçkisi öncəsi kadr dəyişikliklərinin gözlənilmədiyini deyib.

Xəbər lenti

Xəbər lenti