...

NATO-nun sammitində Cənubi Qafqazla bağlı məsələnin müzakirəsi gözlənilir – birinci vitse-spiker

Siyasət Materials 7 Mart 2008 10:44 (UTC +04:00)

Azərbaycan, Bərdə, 06 mart / Trend ", müxbir İ.Əlizadə/ NATO-nun aprelin 2-4-də Buxarestdə keçiriləcək sammitində Cənubi Qafqazda mövcud olan problelərin, o cümlədən dondurulmuş münaqişələrin həlli məsələlərinin müzakirə olunacağı gözlənilir. Bu barədə cümə günü jurnalistlərə açıqlamasında parlamentinin birinci vitse-spikeri, Azərbaycanın NATO PA-kı nümayəndə heyyətinin rəhbəri Ziyafət Əskərov məlumat verib.

NATO Parlament Assambleyasının mayda Berlində keçiriləcək sessiyasında Cənubi Qafqazla bağlı müzakirələrin aparılmasını gündəliyə daxil ediləcəyi gözlənilir: "Bu məsələni NATO PA-nın prezidenti Joze Lole ilə müzakirə etdik, çalışacağık ki, PA-nın gündəliyinə Azərbaycanla bağlı məsələnin müzakirəsi daxil edilsin", deyə Əskərov bildirib.

Xəbər lenti

Xəbər lenti