...

Azərbaycanın müxalifət liderləri arasında hakim partiyanın namizədindən şanslı namizəd yoxdur-müxalifət lideri

Siyasət Materials 7 Mart 2008 13:41 (UTC +04:00)
Azərbaycanın müxalifət liderləri arasında hakim partiyanın namizədindən şanslı namizəd yoxdur-müxalifət lideri

Azərbaycan, Bakı, 07 mart / Trend , müxbir Q.Cəbiyev/ Azərbaycanın müxalif Vətəndaş Həmrəyliyi Partiyası (VHP) bəyan edib ki, ölkədə keçiriləcək prezident seçkisində hakim partiyanın namizədi daha şanslıdır. "Azərbaycanın müxalifət liderləri arasında hakim partiyanın namizədi İlham Əliyevdən şanslı namizəd yoxdur" cümə günü jurnalistlərə VHP sədri Sabir Rüstəmxanlı bildirib.

Azərbaycanda prezident seçkisi oktyabrda keçiriləcək. Hakim Yeni Azərbaycan Partiyası (YAP) seçkidə partiyanın sədri, indiki prezident İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürəcəyini açıqlayıb. Müxalifət liderlərindən Müsavat Partiyasının sədri İsa Qəmbər, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun prezidentliyə namizədliyi irəli sürülüb.

Rüstəmxanlı deyib ki, VHP seçkidə iştirakla bağlı mövqeyini Seçki Məcəlləsinə dəyişikliklər məlum olduqdan sonra müəyyənləşdiriləcək. VHP sədri partiyanın iqtidarın namizədini dəstəkləməsinin mümkünlüyünü də deyib.

VHP Milli Azadlıq Hərəkatının liderlərindən olan Sabir Rüstəmxanlının rəhbərliyi altında 1992-ci ilin sentyabrında bir qrup ziyalı tərəfindən yaradılıb. VHP 1995, 2000, 2005-ci ilin parlament, 2003-cü ilin prezident, 1999, 2004-cü ilin bələdiyyə seçkilərində iştirak edib. Partiyanın sədri Rüstəmxanlı 1991-95-ci illərdə mətbuat və informasiya naziri, 2003-cü il prezident seçkisində isə prezidentliyə namizəd olub.

Xəbər lenti

Xəbər lenti