...

Səudiyyə-Qətər münasibətlərinin bərpasında İranın nüvə proqramının rolu istisna edilmir - ekspertlər

Siyasət Materials 11 Mart 2008 17:37 (UTC +04:00)

Azərbaycan, Bakı,11 mart / Trend , müxbir D.Xatınoğlu,R.Hafizoğlu / Səudiyyə Ərəbistanı ilə Qətər arasında diplomatik münasibətlərin bərpasında İranın nüvə proqramının rolu istisna edilmir. "Körfəz dövlətləri İranın nüvə texnologiyasının inkişaf etdirilməsindən ehtiyat edirlər"-deyə iraqlı politoloq Riyad əl-Qəyyim Trend a bildirirb.

Əl-Cəzirə telekanalının martın 10-da verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı ilə Qətər rəsmiləri altı il əvvəl dayandırılmış diplomatik münasibətlərin bərpasına başlayıblar.Verilən xəbərə görə, ölkə rəsmilərinin diplomatik əlaqələri bərpa etməsi İranın nüvə texnoloqiyasının inkişaf etdirirlməsindən ehtiyat edildiyi üçün nəzərdə tutulur.

"İranın MAQATE Qətnamələrinə məhəl qoymayaraq, nüvə proqramını davam etdirməsi qonşu dövlətləri təhlükəsizlik tədbirlləri görməyə məcbur edir"-deyə,İraqlı politoloq çərşənbə axşamı Bağdaddan elektron poçtla bildirib.

Əl-Qəyyimin fikrincə, İranın nüvə proqramını inkişaf etdirməsi Körfəz və region dövlətlərində stabilliyin pozulması və güclü silahlanma ilə nəticələnə bilər.

Qətərin "Əl-Rayə" qəzetinin adının açıqlanmasını istəməyən rəsmisi Səudiyyə - Qətər diplomatik münasibətlərinin bərpasını İranın regiona təsirindən ehtiyat edərək atıldığını bildirib. "İranın Farz körfəzi dövlətlərinə və digər ərəb ölkələrinə, bir çox amillərlə təsir imkanı var" -deyə, o bazar ertəsi Dohadan Trend a telefonla bildirirb.

Onun fikrincə, rəsmi Doha İranın ölkədəki şiə amilindən istifadə edərək ölkə ərazisinə müdaxilə etməsindən ehtiyat edir. "Qətərdə bir neçə ay əvvəl baş vermiş kütləvi ixtişaşlar, İranın Qətərdəki şiə müxalifəti dəstəkləməklə, ölkədə siyasi qarşıdurma yaratmaq istəyini üzə çıxardı" - deyə o qeyd edib.

Politoloq hesab edir ki, Doha-Ər-Riyad münasibətlərinin bərpa olunması İrana qarşı koalsiya hesab edilə bilməz. "Əlaqələrrin bərpa edilməsilə iki dövlət İranın regiona təsirini azaltmaq istəyir" -deyə, o qeyd edib. Ekspertin fikrincə, Fars körfəzində müsəlman şiələrin sayı süni şəkildə azaldılsa da, regiondə şiə amilinin olması danılmazdır.

Fars körfəzi ölkələrində şiə müsəlmanların olmasına baxmayaraq, statistik məlumatlarda ərəb hökumətləri onların sayını süni şəkildə azaldırlar. Qətər şiə müsəlmanların çoxluq təşkil etdiyi körfəz dövlətlərindən biridir.

Qətərdə dərc olunan "Əl-Ərəb" qəzetinin direktoru Əbdül-Əziz Al - Mahmud Əl-Cəzirə telekanalına verdiyi müsahibədə bildirib ki, iki ölkə arasında diplomatik yaxınlaşma İranın nüvə texnologiyasının inkişafından və məntəqəyə təsirindən ehtiyatlanaraq atılan addımdır.

Londonda fəaliyyət göstərən iranlı politoloq Əli Rza Nurizadə (Ali Reza Nourizadeh) isə, hesab edir ki, Qətərin Səudiyyə Ərəbistanı ilə diplomatik əlaqələri bərpa etməsi xarici siyasətinin inkişafı üçün labüddür. "İran-İraq müharibəsində Qətər rəsmi Tehranı dəstəkləyib. İran isə, Qətərin İsraillə diplomatik münasibətlərinəetiraz etməyib"-deyə, çərşənbə axşamı Nurizadə Londondan Trend a telefonla bildirib.

O hesab edir ki, iki körfəz dövləti arasında diplomatik münasibətlərin bərpası İran məsələsi üzərində qurulmayıb. "Səudiyyə Ərəbistanının son illərdə Qətərin xarici siyasətinin inkişafına əngəl törətməsinin səbəbi Qətər mediasının Səudiyyə hakimiyyətinin əleyhinə təbliğat aparması idi" -deyə, iranlı ekspert çərşənbə axşamı Londondan telefonla bildirib.

Qətərin Baş naziri şeyx Həmd ibn Casim Dohada jurnalistlərə bildirib ki, regionda yeni müharibənin qarşısını almaq üçün ərəb ölkələri İranla şəffaf müzakirələr aparmalıdır. Şiələrlə sünnilərin fikir ayrılıqlarından biri də miladi tarixlə 632-ci ildə Məhəmməd peyğəmbərin ölümündən sonra xilafətin birinci xəlifə Əbu Bəkrə deyil, peyğəmbərin əmisi oğlu və kürəkəni həzrəti Əliyə keçməsi tələbilə bağlıdır.

Xəbər lenti

Xəbər lenti