...

Rusiya MDB-də tanınmamış respublikaların azadlığını tanımaqla öz qərarlarını "qayçı"layır

Siyasət Materials 14 Mart 2008 18:05 (UTC +04:00)
Rusiya MDB-də tanınmamış respublikaların azadlığını tanımaqla öz qərarlarını "qayçı"layır

Rusiya, Moskva, 14 mart / Trend , R.Ağayev/ Rusiya tanınmamış respublikaların azadlığını tanımaqla həm öz qərarlarını , həm də MDB çərçivəsində qəbul olunmuş qərarları "qayçı"layır. Belə çıxır ki, biz özümüz 1975-ci ili qaralayırıq. O vaxt Brejnevin şəxsən özünün imzaladığı bir sıra sənədlərdə açıq-aydın deyilir ki, Avropada hər hansı yenidən bölünmə - müharibə deməkdir. RF-nin Federal Məclisi Federasiya Şurasının MDB məsələləri üzrə Komitəsinin sədri Vadim Qustov bu bəyanatla çıxış edib. O, RF Dövlət Dumasının MDB ərazisində münaqişələrin nizama salınma və RF-ə Abxaziya, Cənubi Osetiya və Dnestryanının müstəqilliyi ilə bağlı müraciətlərlə əlaqədar parlament dinləmələrində iştirak edərkən bu bəyanatı verib.

Qustovun qənaətinə görə, hazırki mərhələdə BMT-nin Təhlükəsizlik Şurası vasitəsilə bu respublikalara statusunu qorumaqda kömək göstərmək və iqtisadi siyasəti reallaşdırmaq məntiqəuyğun qərar deyil. "Bu ərazilərin iqtisadiyyatının inkişafı çox mühüm məsələdir, belə ki, xalqlar üçün normal yaşamağa imkan verir, siyasətçilər üçün MDB məkanında hər dörd münaqişə üçün xarakter olan problemləri həll etmək qalır. Nəzərə almaq lazımdır ki, onların artıq dördündə də dövlət atributlarının yaranması büruzə olunur" - Rusiyalı parlamentari qeyd edib. Qustov dünya təcrübəsini əsas gətirərək yada salıb ki, ABŞ 1972-1973 -cü illərdə qəbul etdiyi qanunla Çinin ərazisində yerləşən Tayvanı, Çinlə heç bir münaqişə və gərginlik yaşamadan, ayırıb və iqtisadi inkişafa malik əraziyə çevirməyə nail olub.

Qustovun fikrincə, Kosovodakı vəziyyət olmasaydı, Abxaziya, Cənubi Osetiya və Dnestryanının tanınması məsələləri intensivləşməzdi. "Kosovonun mustəqilliyini tanımış 19 dövlətin əksəri münaqişənin nə olduğunu bilmir , baş verənlərin mahiyyətini və xüsusən də nəticələrini anlamır" - deyə Rusiya parlamentinin yuxarı palatasının nümayəndəsi çıxışını yekunlaşdırıb.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti