...

Strasburqda Avropa Şurası – GUAM-ın məsləhətləşmələri keçirilib

Siyasət Materials 19 Mart 2008 18:28 (UTC +04:00)

Fransa, Strasburq, 19 mart/ " müxbir A.Məhərrəmli/ Martın 19-da Strasburqda Avropa Şurası və GUAM ölkələri (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) arasında məsləhətləşmələr keçirilib.

Məsləhətləşmələr Avropa Şurası Nazirlər Komitəsinin xarici əlaqələr üzrə Qrupu, Avropa Şurasına üzv ölkələrin səfirləri və GUAM ölkələrinin nümayəndələri arasında keçirilib. Görüşdə GUAM-ın baş katibi Valeri Çeçelaşvili iştirak edib. Azərbaycanın missiyasına XİN xarici siyasətin planlaşdırılması və strateji analitik tədqiqatlar idarəsinin rəisi Tofiq Musayev başçılıq edib.

Məsləhətləşmələr zamanı Polşa, Latviya, Rumıniya, Bolqarıstan və başqa ölkələr, Avropa Şurası və GUAM arasıdna əməkdaşlığın dərinləşdirilməsinin vacibliyinə əminliklərini bildiriblər. Bu məqsədlə Anlaşma Memorandumunun hazırlanması və imzalanması təklif edilib. Bundan əlavə, əməkdaşlığın gələcək inkişaf yollarının müzakirəsi üçün AŞ-nın Baş katibi Terri Devisin GUAM-ın iyulda keçiriləcək Tbilisi sammitinə dəvət etmək təklif edilib.

GUAM-ı formatı 1999-cu ildə Avropa İttifaqının dövlət başçılarının Strasburq görüşü ərəfəsində yaradılıb. 1999-cu ildə Özbəkistan bu formata daxil olsa da, dörd ildən sonra onu tərk edib. 2006-cı ildə Kiyevdə ilk sammit zamanı GUAM-ın beynəlxalq təşkilat və "Demokratiya və iqtisadi inkişaf tərəfdarı olan təşkilat - GUAM" kimi elan olunması haqda qərar qəbul olunub.

Avropa Şurası ilə məsləhətləşmələr GUAM-ın digər təşkilatla qarşılıqlı münasibətlərinin belə yüksək səviyyədə müzakirə edildiyi birinci haldır.

Xəbər lenti

Xəbər lenti