...

Novruz Bayramı İsraildə qeyd edildi

Siyasət Materials 23 Mart 2008 19:13 (UTC +04:00)
Novruz Bayramı İsraildə qeyd edildi

İsrail, Qüds, 23 mart / Trend R.Abdullayev/ Dünən Azərbaycanlıların İsraildə Konqressi (AİK) Novruz Bayramı ilə əlaqədar İsrailin şimalında yerləşən və azərbaycanlıların daha kompakt yaşayan Akko şəhərində böyük ziyafət verdi. Tədbirdə İsrail parlamentinin deputatları, İsraildə akkreditə olunmuş diplomatik missiyaların üzvləri, Azərbaycan diasporunun İsraildə nümayəndələri iştrak etdilər.

Tədbiri Sülhməramlı səfir, AİK-nin prezidenti Aleks Şapiro Sulimani açdı. O, azərbaycan xalqını Novruz bayramını necə qeyd etdiyi barədə danışdı.

Onun sözlərinə görə, yaşadıqları və hara getdiklərindən asılı olmayaraq, azərbaycanlılar üçün bu bayram ən əziz bayramdır. "Konqress Novruz Bayramını qeyd etməyi özünə borc bilir. Bayram dünyada olan dörd ən vacib amilləri - su, od, torpaq və küləki özündə camləşdirir", - deyə Şapiro Sulimani qeyd etdi.

Türkiyənin İsraildə səfiri Namik Tan, türk dünyasının əsl lobbisi olan AİK-nin fəaliyyətini yüksək qiymətləndirdi. "Səkkiz ay ərzində Konqresin həyata keçirdiyi mədəni və siyasi layihalər birdaha bu təşkilatın Azərbaycan və Türkiyənin İsraildə məraqlarının müdafiə etməsi əvəzolunmaz missiyasını subut edir. Azərbaycanlılar bizim qan qardaşlarımızdır", - deyə Namik Tan qeyd etdi.

AİK-nin icraçı Direktoru Arye Qut qeyd etdi ki, Azərbaycan milli ruhunun parlaq ifadəsi olan Novruz Bayramı sovet rejimi dövründə təzyiqə mərüz qalırdı, onun rəsmi qeyd olunması qadağan olunmuşdur.

AİK-nin Şimali Dairəsinin nümayəndəsi Bəbir Namazov iştrakçıları heç zaman adət ənənələri, yaşadıqları vaciəni unutmamağa çağırdı və yazdığı şeirləri dinləyicilərə çatdırdı.

Əlamətdar hadisələrdən biri, Qila Qerçonun çıxışı oldu. Onun valideyinləri İsrailə burada dövlətinin yaranması bir vaxtdan gəliblər. "50 ildən çox bir vaxtdır ki, mən Azərbaycanla əlaqələr axtarıram və yalnız bir neçə gün bundan qabaq, Aleks Şapiro Sulimani ilə tanış olduqdan sonra Azərbaycan adlı valideyinlərimin evinə qayıtdım", - deyə Qila Qerçon bildirdi.

Novruz Bayramı ilə əlaqədər adət və ənənələrdən danışıldı. Başda səməni, xonça, paxlava və şəkərbura olmaqla bayram süfrəsi açılmışdır. Ondan sonra mədəni proqramm nümayiş etdirilmişdir və milli musiqi səsləndirilmişdir.

Xəbər lenti

Xəbər lenti