...

İlham Əliyev Banqladeş prezidentini ölkənin Milli bayramı münasibəti ilə təbrik edib

Siyasət Materials 24 Mart 2008 22:59 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Banqladeş Xalq Respublikasının Müstəqillik günü münasibəti ilə bu ölkənin prezidenti İacuddin Əhmədə təbrik məktubu ünvanlayıb.

"Hörmətli cənab prezident, Banqladeşin milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Ümidvaram ki, Azərbaycan ilə Banqladeş arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Banqladeş xalqına sülh və rifah arzulayıram" - deyə məktubda bildirilir.

Xəbər lenti

Xəbər lenti