...

Avropa İnsan Haqları Məhkəməsinin sədri Azərbaycana səfər edəcək

Siyasət Materials 27 Mart 2008 21:21 (UTC +04:00)

Fransa, Strasburq, 27 mart/ Trend müxbir A. Məhərrəmli/ Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) sədri Jan Pol Kosta (Jean-Paul Costa) 1-5 may 2008-ci il tarixlərində Azərbaycana səfər edəcək. Bu barədə Trend ə Azərbaycanın Avropa Şurası Yanında Daimi Nümayəndəliyindən məlumat verilib.

İnsan hüquqlarının AİHM-lə əlaqələndirmə Komitəsinin iclasında çıxış edən Kosta bildirib ki, cari ildə bir neçə üzv dövlətlərə səfər edəcək. Səfər həmin ölkələrdəki hüquq sisteminin inkişafı, AİHM-in çıxardığı qərarların icrası, yerli məhkəmələrlə AİHM arasında əlaqələrin daha gücləndirilməsi məqsədi daşıyır.

Jan Pol Kostanın cari ildə Slovakiya, Andorra, Niderland, Finlandiya, İsveçrə, Yunanıstan, Kipr və Polşaya da səfər edəcəyi bildirilir.

Xəbər lenti

Xəbər lenti