...

Avropa İttifaqı Azərbaycanın Avropaya inteqrasiya tempinə dair ilk hesabatını açıqlayacaq

Siyasət Materials 31 Mart 2008 16:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir K.Ramazanova/ Avropa İttifaqı (Aİ) aprelin 4-də Azərbaycanın Avropaya inteqrasyia tempinə dair ilk hesabatını açıqlayacaq. Bu barədə bazar ertəsi Bakıda Avropa Komissiyasının Azərbaycandakı yeni səfiri Alan Vadams məlumat verib.

Ötən ilin sonunda Azərbaycan və Aİ Azərbaycan tərəfindən islahatların aparılmasını nəzərdə tutan Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planını təsdiq edib.

Aİ dövlətə 92 mln. dollar ayırıb.

Azərbaycan və Aİ həmçinin energetika sahəsində Memorandum imzalayıblar.

Xəbər lenti

Xəbər lenti