...

İqtidaryönlü Məşvərət Məclisinə yeni üzvlərin qəbulu məsələsinə baxılacaq

Siyasət Materials 1 Aprel 2008 12:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 aprel / Trend ", müxbir Q.Cəbiyev/ İqtidaryönlü partiyaların təmsil olunduğu Məşvərət Məclisinin növbəti iclasında qurumun genişləndirilməsi məsələsinə baxılacaq. Bu barədə çərşənbə axşamı Trend "a qurumun üzvü, Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Məmməd Əlizadə məlumat verib.

Məşvərət Məclisi 1998-ci ildə hakimiyyətin namizədinin müdafiəsi məqsədi ilə formalaşıb. Bu il fevral ayının 28-də rotasiyaya uyğun olaraq, Məşvərət Məclisinə sədrlik DADP-dan hakim Yeni Azərbaycan Partiyasına (YAP) keçib. Məşvərət Məclisində Yeni Azərbaycan, Ana Vətən, Sosial Rifah, Demokratik Maarifçilik, Respublikaçılar, Demokratik Azərbaycan Dünyası, Milli Dövlətçilik və Azərbaycan Naminə Alyans partiyaları təmsil olunur.

Əlizadə bildirib ki, Məşvərət Məclisinin genişləndirilməsi olduqca vacibdir. "Azərbaycanda dövlət qeydiyyatından keçən 50-dən artıq partiyanın əksəriyyəti prezident İlham Əliyevə rəğbət bəsləyir. Bu gün onlar pərakəndə vəziyyətdə və məcburi şəkildə müxalif düşərgədə qalıblar. Məclisin növbəti iclasında müxalif Vəhdət Partiyasının quruma üzv məsələsinin müzakirəsi gözlənilir. Digər partiyalar da quruma üzv qəbul ediləcək, lakin məqamı gələndə onların da adları açıqlanacaq" DADP sədri əlaəv edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti