...

GUAM milli koordinatorlarının görüşü hazırlanır

Siyasət Materials 1 Aprel 2008 13:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 aprel / Trend , müxbir S.Ağayeva / Ehtimal olunur ki, "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat - GUAM" milli koordinatorlarının növbəti görüşü may ayında Bakıda keçiriləcək. Milli Koordinatorlar Şurası (MKŞ) iclasının gündəliyini hazırlamaq üçün may ayının əvvəllərində Azərbaycan paytaxtında toplaşacaq ekspertlərin görüşü gözlənilir. Bu barədə çərşənbə axşamı Kiyevdən GUAM Katibliyindən telefonla məlumat verilib.

MKŞ-nın iclasında GUAM-ın institusional inkişafı və təşkilati fəaliyyət məsələlərinin müzakirə olunacağı gözlənilir. Eləcə də, beynəlxalq təşkilatlar, ilk növbədə, BMT və ATƏT çərçivəsində GUAM-a üzv-ölkələr - Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın qarşılıqlı fəaliyyət, beynəlxalq və regional təhlükəsizlik, sabitlik və GUAM-ın digər beynəlxalq təşkilatlar və dövlətlərlə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.

GUAM formatı 1999-cu ildə Avropa İttifaqı dövlət başçılarının Strasburq görüşü ərəfəsində yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan da daxil olsa da, dörd ildən sonra onu tərk edib. 2006-cı ildə Kiyevdə ilk sammit zamanı GUAM-ın beynəlxalq təşkilat və "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat- GUAM" kimi elan olunması barədə qərar qəbul olunub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti